Mingəçevir sakinləri narkotikin təsiri altında mağazalardan oğurluq edib


13:11     19 Mart 2022 22_03_19_1647675845.jpg

Mingəçevir sakinləri narkotik vasitənin təsiri altında mağazalardan oğurluq edib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Böyük Dəhnə kəndində yerləşən üç mağazadan ümumi dəyəri 2 000 manata yaxın olan müxtəlif məişət əşyalar, geyimlər və kompüterin oğurlanması barədə polis şöbəsinə müraciətlər daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməllərini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri - əvvəllər məhkum olunmuş İlkin Əliyev, Mədət Abbasov və Ağca Cabbarova saxlanılıb.

Onların oğurladıqları əşyalar İlkin Əliyevin yaşadığı ünvandan maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Saxlanılan şəxslər əməllərini etiraf ediblər və hadisələri narkotik vasitənin təsiri altında törətdiklərini bildiriblər.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 3085