Bölgələrdə bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb


14:52     19 Mart 2022 22_03_19_1647690757.jpg

Bölgələrdə bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında martın 20-də arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.

Gecə və səhər saatlarında duman. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

Martın 21-22-də Əsasən yağmursuz. Lakin 21-i axşamdan 22-si səhərədək arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15-17 m/s. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında martın 20-də Arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman, qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Martın 21-22-də Arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman, şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında, martın 20-də arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman, qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 5-10° şaxta, dağlarda 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Martın 21-22-də Arabir qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman.
Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 5-10° şaxta, dağlarda 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Qazax, Gəncə, Goranboy,Tərtər, Füzuli rayonlarında martın 20-də arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman, qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti olacaq. Martın 21-22-də arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında martın 20-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Martın 21-22-də Arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında martın 20-də Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman.
Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti olacaq. Martın 21-22-də Arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında martın 20-də Arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şimal-şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-8° isti, dağlarda gecə 3-5° şaxta, gündüz 0-3° şaxta olacaq.

Martın 21-22-də Arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15-17 m/s. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti, dağlarda gecə 4-6° şaxta, gündüz 1-3° şaxta olacaq.

Açar sözlər:

Oxunub: 312