Macarıstan Ukraynadakı vəziyyətə görə immiqrasiya siyasətini dəyişməyəcək


13:45     20 Mart 2022 22_03_20_1647769548.jpg

Macarıstan bütün ukraynalı qaçqınlara yardım göstərəcək, lakin Şimali Afrika və Yaxın Şərqdən qeyri-qanuni immiqrasiyaya qəti şəkildə qarşı çıxmağa davam edəcək.

Femida.az xəbər verir ki, bu barədə Macarıstan Daxili İşlər Nazirliyinin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin rəisi Dyorji Bakondi məlumat verib.

“Biz həm Ukraynadan gələn qaçanları, həm sərhədlərimizi , həm də daxili təhlükəsizliyimizi qoruyuruq. Bunsuz iqtisadi inkişaf və ailələrimizin təhlükəsizliyi mümkün deyil. Ona görə də biz miqrasiya siyasətimizi davam etdirməliyik və eyni zamanda, Ukraynalı qaçqınları qəbul edirik”.

Baş nazir Viktor Orbanın immiqrasiya üzrə baş müşaviri hesab edilən Bakondi həmçinin qeyd edib ki, Macarıstan Serbiya ilə cənub sərhədindən öz ərazisinə qanunsuz daxil olmaq üçün çoxsaylı cəhdlərlə üzləşməkdə davam edir. Onun sözlərinə görə, sənədləri olmayan naməlum şəxslər Avropa İttifaqı ərazisinə daxil olmaq üçün əlverişli hesab etdikləri ölkəyə daxil olmağa çalışırlar:

“Buna görə də Macarıstan hökuməti ukraynalı qaçqınlara humanitar yardım göstərəcək, eyni zamanda cənub sərhədində qeyri-qanuni immiqrasiya ilə mübarizə aparacaq”,

O xatırladıb ki, sorğulara əsasən, ölkə əhalisinin əksəriyyəti hakimiyyətin bu sahədə sərt siyasətini dəstəkləyir.

Dyorji Bakondinin rəhbərlik etdiyi idarənin məlumatına görə, Macarıstana gələn ukraynalı qaçqınların sayı 460 min nəfəri keçib.

Açar sözlər:

Oxunub: 421