Rusiya Mariupol şəhərində 400 dinc sakinin sığındığı məktəbi bombalayıb
17:12 20 Mart 2022
Rusiya ordusu Ukraynanın Mariupol şəhərində içərsində 400-ə yaxın dinc sakin olan incəsənət məktəbinə bomba atıb.
Femida.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Mariupol Şəhər Şurası bildirib.
Məlumata görə, Rusiya Silahlı Qüvvələri Mariupolun Levoberejnıy rayonundakı 12 saylı incəsənət məktəbinə bomba atıb. Bildirilib ki, sakinlər Rusiya bombardmanından məktəbdə gizlənibmiş. Məktəbdə gizlənən 400-ə yaxın dinc ukraynalının çoxu uşaq, qadın və yaşlı olub. Bombardman nəticəsində bina uçub. Dağıntılar altında hələ dinc sakinlərin qaldığı bildirilib. Xəsarət alanların sayı dəqiqləşdirilir.
Bildirilib ki, martın 16-da Rusiya qırıcıları Mariupolda dinc sakinlərin sığındıqları dram teatrının binasını da bombalayıb. Orada yüzlərlə dinc sakinin olduğu bildirilib
Oxunub: 363
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib