ABŞ-da atışma olub, ölən və xəsarət alanlar var


09:17     21 Mart 2022 22_03_20_1647802093.jpg

ABŞ-ın Texas ştatının Dallas şəhərində əyləncə gecəsində baş verən atışma zamanı azı 1 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Femida.az xəbər verir ki, bu barədə polisə istinadən yerli WFAA telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə gecəyarı baş verib. Telekanalın mənbələri bildirib ki, şənliyin bir neçə iştirakçısı küçəyə çıxıb, bundan sonra yoldan keçən avtomobildən onlara atəş açılıb.

Zərərçəkənlərdən bəziləri xəstəxanaya çatdırılıb, digərləri isə özləri tibb müəssisəsinə gedib.

Polis hadisənin təfərrüatını araşdırır.

Açar sözlər:

Oxunub: 455