Abşeronda yanğın zamanı bir nəfər zəhərlənib


10:13     21 Mart 2022 yanginn2.jpg

Abşeronda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb.

Ümumi sahəsi 180 m² (hər mərtəbəsi 90 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 342