Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin sahə rəisi cəzalandırılıb


15:55     21 Mart 2022 22_03_21_1647861886.jpg

"Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 4/6 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb".

Xidmət rəsmisi Vaqif Cavadov Report"a bildirib ki, araşdırma zamanı sözügedən ünvanda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən 4 ağacın aqrotexniki qaydalara uyğun olmadan sərt budandığı məlum olub.

"Budama işlərinin düzgün aparılmamasına görə Birliyin sahə rəisi İlkin Abdullazadə barəsində qanunamüvafiq tədbirlər görülüb", - xidmət rəsmisi əlavə edib.

Açar sözlər:

Oxunub: 462