Bakıda yük və minik avtomobilləri toqquşub, 2 nəfər ölüb


09:22     22 Mart 2022 22_03_21_1647888023.jpg

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın Qaradağ rayonunda baş verən ağır yol qəzası ilə bağlı açıqlama verib.

BDYPİ-dən Femida.az-a bildirilib ki, hadisə saat 10:15 radələrində Bakı dairəvi yolunun 13-cü kilometrliyində qeydə alınıb:

“Belə ki, Şəfiyev Səbuhi Akif oğlunun idarə etdiyi “MAN” markalı, 99-JA-796 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan yük avtomobili hərəkətdə olan zaman yoldan çıxaraq qarşı tərəfdəki zolağa çıxıb. Bu zaman yük avtomobili bir nəqliyyat vasitəsinə zərər yetirib, digəri - “Mercedes” markalı, 50-EK-610 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1987-ci il təvvəllüdlü Almazov Musa Həsənxan oğlu və sərnişini, 1996-cı il təvəllüdlü Əsgərli Mehdi Şükür oğlu hadisə yerində ölüb. Yük maşını isə hadisə zamanı aşıb.

Səbuhi Şəfiyevin dediyinə görə, hadisə zamanı sərxoş olub.

Faktla bağlı araşdırma aparılır”.

Açar sözlər:

Oxunub: 523