Xaçmazda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib


20:33     23 Mart 2022 22_03_23_1648050292.jpg

Xaçmaz rayonunda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Hadisə Xaçmaz rayonu Seyidli kəndində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Hicran İsfəndiyar qızı Dadaşova, 2004-cü il təvəllüdlü Səbinə Elçin qızı Dadaşova və 2005-ci il təvəllüdlü Dəniz Xəzər qızı Şahbazlı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 345