Rusiya dəniz piyadaları briqadasının komandiri öldürülüb
20:46 23 Mart 2022
Ukrayna hərbçiləri Rusiya dəniz piyadaları briqadasının komandirini zərərsizləşdirib.
Femida.az UNİAN-a istinadən xəbər verir ki, bunu Odessa Regional Hərbi Administrasiyasının operativ qərargahının spikeri Sergey Bratçuk deyib.
Lakin o, öldürülən komandirin ad-soyadını açıqlamayıb.
Spiker söyləyib ki, Odessaya hücum planlaşdıran Rusiya dəniz piyadaları Nikolayevlə Mariupol şəhərləri arasında mövqe tutub: “Yaxşı xəbər var - Rusiya dəniz piyadaları briqadasının komandiri məhv edilib. Ukraynalı qadınları zorlamağa cəhd edən, ukraynalı uşaqları öldürməyə cəhd edən hər kəsin aqibəti belə olacaq. Onları bağışlamaq olmaz”.
S.Bratçuk Ukrayna Silahlı Qüvvələrinə və torpaqları qoruyan hər kəsə təşəkkür edib.
Oxunub: 402
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib