Abşeronda iki nəfər dəm qazından zəhərlənib


10:28     24 Mart 2022 22_03_24_1648098191.jpg

Abşeron rayonunda iki nəfər dəm qazından zəhərlənib.

Hadisə Xırdalan şəhəri 25-ci məhəllədə və Hökməli-Qobu yolunda mənzillərdə qeydə alınıb.

Belə ki, Xırdalan şəhərində 54 yaşlı Vüqar İsmayılov, Hökməlidə isə 32 yaşlı Samirə Rüstəmova yaşadıqları mənzillərdə dəm qazından zəhərləniblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 341