Bakıda avtomobil 70 yaşlı kişini vurub


11:58     24 Mart 2022 22_03_24_1648108715.jpg

Bakıda 70 yaşlı kişini avtomobil vurub.

Hadisə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 1952-ci il təvəllüdlü Rəsulzadə Rüfət Nəsir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, sağ pəncənin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 378