Tərtərdə elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb


12:55     24 Mart 2022 22_03_24_1648109180.jpg

Tərtər Rayon Suvarma Sistemləri İdarəsindən subartezian quyularını elektrik enerjisi ilə təmin edən naqillərin oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində müxtəlif vaxtlarda elektrik naqillərini oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini Əsəd Mirzəyev saxlanılıb.

Onun ətrafında davam etdirilən tədbirlərlə vətəndaşa məxsus 1500 manat dəyərində su motoru da oğurladığı müəyyən edilib.

Faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb və Ə.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Açar sözlər:

Oxunub: 920