Vəli Axundovun yubileyi keçiriləcək - SƏRƏNCAM


21:58     15 Yanvar 2016 ilham%20eliyev86.jpg

Prezident İlham Əliyev akademik Vəli Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.


Femida.az- ın məlumatına görə, sərəncamda bildirilir ki, 2016-cı ilin may ayında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illiyi tamam olur. Vəli Axundov uzun illər dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışarkən təqdirəlayiq fəaliyyət göstərib və tibb alimi kimi respublikada səhiyyə işinin təşkilinə töhfələr verib.

Sərəncamla Mədəniyyət və Turizm Nazirliyi Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Vəli Axundovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Açar sözlər:

Oxunub: 1319