Quba-Xınalıq yolunda qar uçqunu olub


09:30     25 Mart 2022 22_03_25_1648182738.jpg

Quba-Xınalıq yolunda qar uçqunu baş verib.

"Femida.az-ın məlumatına görə, təbii hadisə yolun 36-cı km-də qeydə alınıb.

Güclü külək nəticəsində meydana gələn uçqun nəticəsində yol bağlanıb. Nəticədə Xınalıq-Quba, həmçinin əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin növbəsi yaranıb.

Yol təsərrüfatının bərpası üçün, 5 saylı Yol İstismar MMC-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Açar sözlər:

Oxunub: 302