Bakıda 19 yaşlı gənc kafedə bıçaqlanıb


11:22     25 Mart 2022 22_03_25_1648184503.jpg

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Balaxanı qəsəbəsində fəaliyyət göstərən kafelərin birində gənclər arasında dava zamanı 2003-cü il təvəllüdlü İsazadə İlham Ruslan oğlu bıçaq xəsarəti alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədənində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 404