Bakıda telefon mağazasından 11 min manatlıq oğurluq olub


13:12     26 Mart 2022 22_03_26_1648279760.jpg

Bakıda telefon mağazasından 11 min manatlıq oğurluq olub.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə rayon ərazisindəki mağazaların birindən 11.000 manat dəyərində mobil telefonların oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Cəfərov müəyyən edilərək saxlanılıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 465