Rusiya tankları Slavutiçə girib, şəhər meri qaçırılıb
15:11 26 Mart 2022
Rusiya texnikası Ukraynanın Slavutiç şəhərinin ərazisinə daxil olub.
Femida.az UNİAN-a istinadən xəbər verir ki, dünəndən Rusiya qoşunlarının şəhəri atəşə tutması barədə məlumatlar yayılırdı və şahidlərin sözlərinə görə, artıq onlar Slavutiç ərazisinə daxil olublar. Lakin onların yerli hökumət binasına basqın edib-etmədikləri məlum deyil.
Sosial şəbəkələrdə də Rusiya tanklarının hərəkət etdiyi video yayımlanıb. Hadisə şahidlərinin lentə aldığı kadrlarda insanlar istiqamətində atəş açıldığının səsləri eşidilir.
Yüzlərlə vətəndaş hələ səhər saatlarından Ukraynanın böyük bayrağını açaraq şəhərin mərkəzində etiraz aksiyası keçirib.
Kiyev Regional Hərbi İdarəsinin rəisi Oleksandr Pavlyuk səhər saatlarında rus qoşunlarının havaya atəş açdığını və insan izdihamı olan yerlərə səs qumbaraları atdığını bildirib.
O əlavə edib ki, rusiyalı hərbçilər şəhər meri Yuri Fomiçevi qaçırıblar. Şəhər şurası öz işini davam etdirir.
Oxunub: 411
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib