Rusiya ordusu Ukraynanın Slavutiç şəhərini ələ keçirib


11:57     27 Mart 2022 22_03_27_1648360678.jpg

Rusiya ordusu Ukraynanın Slavutiç şəhərini ələ keçirib.

Bu barədə “Report”un şəhərin meri Yuri Fomiçevin müraciətinə istinadən xəbər verir.

"Slavutiç bu gündən işğal altındadır. Biz şəhərimizi mətanətlə müdafiə etdik. Üç gün əvvəl onu döyüşsüz təslim etmək üçün ultimatum aldıq, lakin hərbçilərimiz, Milli Polis şəhəri müdafiə etmək qərarına gəldi. Başqa cür edə bilməzdilər, onlar hərbçilərdir, bunun üçün çalışırlar", - Fomiçev deyib.

Onun sözlərinə görə, qoşunların qüvvələri qeyri-bərabər olub. Buna görə də şəhərin müdafiəçiləri dinc əhalinin həyatını riskə atmamaq qərarına gəliblər və Rusiya hərbçilərinə müqavimət göstərməyiblər.

Mer üç şəhər sakininin öldüyünü təsdiqləyib. Eyni zamanda, martın 26-da etiraz mitinqinə gələn bütün vətəndaşlara təşəkkür edib.

Açar sözlər:

Oxunub: 251