Bakıda yol qəzasında 3 nəfər xəsarət alıb


11:12     28 Mart 2022 22_03_28_1648442027.jpg

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Taksi sürücüsü, 1982-ci il təvəllüdlü Həşimov Anar Rahid oğlunun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə zamanı sürücü və avtomobildə olan sərnişinlər - 1955-ci il təvəllüdlü Ələkbərova Cəmilə Cəlar qızı, 1950-ci il təvəllüdlü Məmmədova Kəmalə Cəlal qızı xəsarət alıblar.

Hər 3 yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 291