Rusiya Ukraynanın Kiyev, Xarkov və Xmelnitsk şəhərlərinə raket zərbələri endirib


11:12     30 Mart 2022 22_03_30_1648621804.jpg

Rusiya qoşunları Ukraynanın Kiyev, Xarkov və Xmelnitsk şəhərlərinə raket zərbələri endirib. Şəhərlərdə silsilə partlayışlar eşidilib və yanğınlar başlayıb.

Bu barədə Femida.az Ukrayna Silahlı Qüvvələrinin teleqram-kanalına istinadən xəbər verir.

Məlumata görə, Kiyevdə iki partlayış səsi eşidilib: hava hücumundan müdafiə sistemi işə düşdü və düşmənin iki raketi vurulub.

Xarkovda güclü yanğınlar qeydə alınıb.

Xmelnitskdə hücum zamanı üç partlayış olub. Eyni zamanda, şahidlər Xmelnitsk vilayətinin Starokonstantinov şəhərində aerodromun vurulduğunu bildirirlər. Hazırda aerodromda yanğın başlayıb.

Açar sözlər:

Oxunub: 409