“Dağlıq Qarabağ Türkiyənin problemidir” - Çavuşoğlu


13:30     16 Yanvar 2016 298019_08.jpg

Türkiyənin Qaziantep Universitetində keçirilən “Səkkizinci beynəlxalq səfirlər” konfransında iştirak edən xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunub.


Azərbaycan torpaqlarının iyirmi faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdıran nazir bildirib ki, Türkiyə hökuməti ATƏT-in Minsk Qrupu çərçivəsində qardaş Azərbaycana bu problemin ədalətli həlli üçün hər cür dəstəyini verməkdədir. M.Çavuşoğlu qeyd edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır.

Qeyd edək ki, konfransda Türkiyənin hökumət üzvləri, xarici ölkələrdəki səfirləri, bölgədəki vilayətlərin rəhbər şəxsləri, görkəmli alimlər, o cümlədən ölkə ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 1657