Abşeronda 16 min abunəçinin qazı kəsilib


16:14     30 Mart 2022 22_03_30_1648640347.jpg

Bu gün səhər saat 09:30-dan etibarən Abşeron rayonunun Saray qəsəbəsinə təbii qazın verilişində fasilə yaranıb.

Bu barədə Femida.az-"a Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, fasiləyə səbəb qəsəbədən keçən magistral qaz kəmərində sızma aşkarlanmasıdır. Odur ki, "mavi yanacaq" təchizatı müvəqqəti olaraq dayandırılıb. Hal-hazırda qəzanın nəticələri aradan qaldırılır. İşlər başa çatan kimi qazın verilişi bərpa ediləcək. Fasilənin maksimum iş gününün sonuna qədər davam edəcəyi gözlənilir.

Açar sözlər:

Oxunub: 328