Bu yerlərdə tikilən evlər söküləcək (VİDEO)
10:12 31 Mart 2022
Pay torpaqlarında ev və ya obyekt tikmək olmaz. Pay torpaqları yalnız əkin üçün nəzərdə tutulub. O ki qaldı bu torpaqların sənədləşdirilməsinə, proses davam edir...
Pay torpaqlarının sənədləşdirilməsi prosesi davam edir. Vətəndaşlardan şəxsiyyət vəsiqəsindən başqa heç bir sənəd tələb olunmur. Bütün rüsumlar isə dövlət hesabına həyata keçirilir.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov deyir ki, 50 minə yaxın ailənin pay torpağının sənədi yox idi. Ötən ilin oktyabrında prezident İlham Əliyevin fərmanı ilə məhz bu torpaqların sənədləşdirilməsi prosesinə start verilib.
Vətəndaşları maraqlandıran digər bir sual isə pay torpaqlarında hər hansı bir tikintinin aparılması ilə bağlıdır. Qurum rəsmisi bu suala da aydınlıq gətirdi.
Qeyd edək ki, pay torpaqları 1990-cı illərdə Azərbaycanda aparılan aqrar islahatlar nəticəsində vətəndaşlara əvəzsiz olaraq verilib və milyon yarım vətəndaş pay torpağı ilə təmin edilib.
Oxunub: 370
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir