Xızı sakinində silah-sursat aşkarlanıb


14:10     31 Mart 2022 22_03_31_1648710628.jpg

Xızı rayon sakinində silah-sursat aşkarlanıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Sitalçay kənd sakini H.Heybətovdan “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron darağı və 27 ədəd patron götürülüb.

Açar sözlər:

Oxunub: 306