Azərbaycan və Ermənistan güləşçiləri arasında insident baş verib


19:35     01 Aprel 2022 22_04_01_1648827401.jpg

Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovla Ermənistan təmsilçisi Hraçya Poqosyan arasında insident baş verib.

Femida.az-ın məlumatına görə, məğlubiyyəti həmz edə bilməyən erməni idmançı Məmmədovu sifətinə zərbə endirərək onu itələyib.

Azərbaycan güləşçisi rəqibinin üzərinə yerisə də, görüşü idarə edən hakim insidentin böyüməsinə imkan verməyib. Qələbəni çılğın şəkildə qeyd edən Məmmədov Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.

Qeyd edək ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.

Açar sözlər:

Oxunub: 349