Ukrayna hərbçiləri ilk dəfə Rusiyanın "Mi-28" helikopterini vurub


21:24     01 Aprel 2022 22_04_01_1648830314.jpg

Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində Rusiyaya məxsus “Mi-28” helikopterini vurublar.

Femida.az xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukraynanın şərqində hava məkanında Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-28” və “Ka-52” helikopterinin uçuşu zamanı zenit raket qurğusu onlardan birini vurub.

Vurğulanıb ki, indiydək Ukrayna hərbçiləri iki “Ka-52” vurub, “Mi-28"i isə ilk dəfədir məhv edilər.

Açar sözlər:

Oxunub: 430