Ukrayna hərbi əməliyyatlara aylıq 10 milyard dollar xərcləyib


18:44     02 Aprel 2022 22_04_02_1648914268.jpg

Ukraynanın döyüş əməliyyatlarına xərcləri ayda təxminən 10 milyard dollar təşkil edirdi.

Femida.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Ofisi məlumat yayıb.

Qeyd edək ki, bu gün Volodimir Zelenskinin sədrliyi ilə iqtisadi inkişafla bağlı iclas keçirilib. Nazirlər Kabinetinin nümayəndələri ilə keçirilən görüşdə xərclərin maliyyələşdirilməsi mənbələri, vergi gəlirləri və Ukraynanın beynəlxalq tərəfdaşlarının köməyi müzakirə edilib.

İclasda Ukrayna iqtisadiyyatının yaxın gələcəkdə inkişafı ilə bağlı proqnozlar nəzərdən keçirilib.

Açar sözlər:

Oxunub: 714