Bakıda baş verən partlayışda ölən şəxsin kimliyi məlum olub


09:49     03 Aprel 2022 22_04_03_1648965008.jpg

Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verən partlayış zamanı ölən şəxsin kimliyi məlum olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, partlayış nəticəsində hazırda ölənlərin sayı 1 nəfərdir - gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova. 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Açar sözlər:

Oxunub: 395