Bakıda partlayışda yaralananların ikisi xəstəxanadan evə buraxılıb


10:01     03 Aprel 2022 22_04_03_1648965720.jpg

Bakıda gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alan iki nəfər ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılıb.

Bu barədə Femida.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən Nərimanov Tibb Mərkəzində müalicə alan 2 nəfər Mərkəzin həkimləri tərəfindən müayinə olunub, ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılmalarına icazə verilib.

Xatırladaq ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib.

Açar sözlər:

Oxunub: 386