Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində kadr dəyişikliyi olub


11:10     06 Aprel 2022 22_04_06_1649229078.jpg

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” MMC-nin direktoru Hamlet Nağıyev vəzifəsindən azad edilib.

Femida.az-ın əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Həmid Məmmədova həvalə olunub.

Xatırladaq ki, “Avtomobil Yollarının Rabitə və İşıqlandırılması” şirkəti 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır.

Açar sözlər:

Oxunub: 366