Partlayışda yaralananlardan biri vəfat etdi


20:39     06 Aprel 2022 2022/04/46b77e93-4fe0-38b4-876e-6fea86373222_850_1649263257.jpeg

Bakıda “Location” gecə klubunda yaralananlardan biri vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu, 1999-cu il təvəllüdlü Eynullayeva Fərqanə Fərhad qızıdır.

O, 5 nömrəli şəhər kliniki xəstəxanasında müalicə alırdı.

Baş Prokurorluğun mətbuat xidmətindən faktı saytımıza təsdiqləyiblər.

Xatırladaq ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Açar sözlər:

Oxunub: 357