Partlayışda yanan adam binadan belə çıxarıldı - (VİDEO 18+)


16:25     27 Yanvar 2018 2018/01/yanan_1517042052.png

Bakıda baş vermiş partlayışda xəsarət alan şəxsin görüntüsü yayılıb.


Femida.az xəbər verir ki, görüntü sosial şəbəkədə yayımlanıb.




Digər xəsarət alan şəxslə bağlı Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinin müdiri Şöhrət Məmmədov jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, Zahid Mahmudov yanıq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Xəstə III A,B və IV dərəcəli xəsarətlər alıb. Ş. Məmmədov bildirib ki, Zahid Mahmudova bədən səthinin 90 faizi və tənəffüs yollarının 15 faiz yanığı diaqnozu qoyulub: "Xəstənin ümumi vəziyyəti çox ağırdır və hazırda reanimasiyada müalicəsi davam edir. Huşu aydındır. Xəstənin dediyinə görə, səhər işlədiyi dükanın qapısını açaraq içəri daxil olub və işığı yandırarkən partlayış baş verib".


Femida.az

Açar sözlər: #partlayış   #yanğın   #Bakı   #FHN  

Oxunub: 16112