Bakıda arvadını qətlə yetirən şəxs məhkəmə qarşısına çıxarılır


09:55     08 Aprel 2022 22_04_08_1649392994.jpg

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Əsgər Musayevin cinayət işi üzrə məhkəməsi başlayır.

Femida.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin vaxtı hələ məlum deyil.

Qeyd edək ki hadisə ötən ilin noyabrında Pirallahı rayonunda, Pirallahı qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Ə.Musayev şəxsi münasibətlər zəminində mübahisə zamanı həyat yoldaşı 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanı boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Faktla bağlı Ə.Musayev saxlanılıb və ona Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 377