Aprel Şəhidi Əbdülməcid Axundovun dəfn olunduğu gündür


13:06     09 Aprel 2022 22_04_09_1649495252.jpg

Bu gün Aprel döyüşlərində Şəhid olan manqa komandiri Əbdülməcid Axundovun dəfn olunduğu gündür.

Əbdülməcid Nadirşah oğlu Axundov 1993-cü ilin 15 oktyabr günündə Sumqayıt şəhərində Nadirşah və Ceyran Axundovaların ailəsində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olub.

Hərbi xidməti


Aprelin 9-u isə Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Axundov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Femida.az kollektivi qəhrəman Şəhidimizi böyük ehtiramla anır və ailəsinə səbr diləyir.




Açar sözlər:

Oxunub: 587