Bakıda mağaza və köşklərdən oğurluq edilib


14:06     13 Aprel 2022 22_04_13_1649844399.jpg

Bakıda mağaza və köşklərdən oğurluq edilib.

Bu barədə "Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki köşklərin birindən 850 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Süleymanov və Ruslan Saburov saxlanılıblar.

Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların birlikdə Sabunçu rayonu ərazisində digər bir mağazadan 1 036 manat dəyərində tütün məmulatı, danışıq kartları, bir köşkdən 100 manat dəyərində tütün məmulatı və enerji içkiləri oğurlaması, həmçinin Samir Süleymanovun 2019-cu ilin mart ayından cari il mart ayınadək olan müddətdə Sabunçu rayonu ərazisində 20 evdən, 1 müəssisədən, 1 çay evindən, 1 kafedən, 3 avtomobildən pul, qızıl-zinət və məişət əşyaları, təmir-tikinti alətləri, eləcə də “Bakı Telecom” MMC-yə məxsus dəyəri 3 000 manatdan artıq olan rabitə kabelini oğurlaması da müəyyən olunub.

Açar sözlər:

Oxunub: 373