Sumqayıt Kimya Sənaye Parkında daha bir şirkətə rezidentlik statusu verilib


18:14     13 Aprel 2022 22_04_13_1649855043.jpg

İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında “4MAPS Bilgi Teknolojileri” MMC-yə rezidentlik statusu verilib.

Bu barədə Femida.az-a nazirlik yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, Parkın rezidentlərinin sayı 26-ya çatıb.

Yeni rezident Parkda - 1,5 ha ərazidə “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətləri” layihəsi həyata keçirəcək. İnvestisiya dəyəri 10 milyon manat olan müəssisədə 750 iş yerinin yaradılması nəzərdə tutulur.

Açar sözlər:

Oxunub: 337