Ukrayna və Fransa prezidentləri arasında telefon danışığı olub


09:58     15 Aprel 2022 22_04_15_1649996061.jpg

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Söhbət zamanı dövlət başçıları Ukraynadakı müharibəni, eləcə də Rusiya ilə danışıqları müzakirə ediblər.

Bu barədə Femida.az Vladimir Zelenskinin tviter hesabına istinadən xəbər verir.

"Fransa Prezidenti Emmanuel Makronla danışıqlar apardım. Biz Rusiyanın cinayətlərinin araşdırılmasını, Ukrayna xalqının işğalçıya müqavimətini müzakirə etdik. Danışıqlar prosesini də müzakirə etdik. Biz Ukraynada və Avropada sülhə nail olmağa çalışırıq", - Ukrayna Prezidenti bildirib.

Açar sözlər:

Oxunub: 399