Bakıda yol qəzası olub, xəsarət alanlar var


10:55     15 Aprel 2022 22_04_15_1649997144.jpg

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az-ın məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Əmircan qəsəbəsində hərəkətdə olan taksi avtomobili digər nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə zamanı avtomobildə olan sərnişinlər - 25 yaşlı Cavid Qəhrəmanov və 28 yaşlı Əsgərzadə Fərrux Nizami oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 401