“Heç bir ölkədə belə biabırçılıq yoxdur” – Etibar Hüseynov


20:07     29 May 2015 11130282_1582151695356847_1470975060689611844_n4.jpg

Millət vəkili Etibar Hüseynov Milli Məclisin bu gün keçiriən iclasında evakuator xidməti ilə bağlı sərt fikirlər səsləndirib.


Femida.az-ın məlumatına görə, millət vəkili qeyd edib ki, insanlara xəbərdarlıq etmədən, ünvan qoyulmadan evakuatorlar avtomobilləri götürüb aparırlar: “Tədbirdən çıxıb görürsən ki, maşını aparıblar. Hara aparıldığı da bilinmir. İndi paytaxtda yaşayanlar bilir ki, hara aparılıb, amma bölgədən, xaricdən gələnlər bu necə bilsin?. Dünyanın heç bir demokratik ölkəsində belə bir biabırçılıq yoxdur. Yanğınla bağlı faciədə gördük ki, son anda məsələ diqqətə gətirilir. İndi bu maşınları aparanda da maşın kiminsə maşının üstünə aşıb faciə baş verəndə yəqin ki, problem həll olunacaq”.

Açar sözlər:

Oxunub: 878