Bakıda gənci bıçaqlayan şəxsə 3 il 6 ay həbs cəzası verilib


16:48     18 Aprel 2022 22_04_18_1650286127.jpg

Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən Cəsarət Aslanlı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Femida.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Fərman Əsədov Fərman yaşadığı evin yaxınlığında əlbəyaxa dava edən iki nəfəri münaqişə etməməyə çağırıb. Lakin tərəflərdən biri C.Aslanlı F.Əsədova bıçaq zərbələri vurub. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanmışdı.

Açar sözlər:

Oxunub: 421