Ukrayna ordusu Xarkovda bir sıra yaşayış məntəqələrini işğaldan azad edib


09:11     19 Aprel 2022 22_04_19_1650343050.jpg

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri ətrafındakı bir sıra yaşayış məntəqələrini işğaldan azad edib.

Femida.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik aprelin 18-də keçirdiyi brifinqdə məlumat verib.

"Bəli, təsdiq edə bilərəm. Ukrayna hərbçilərinin intensiv döyüşləri nəticəsində bir sıra yaşayış məntəqələri azad edilib. Əlavə məlumat verə bilmərəm", - o deyib.

A.Motuzyanik bildirib ki, məhz Slobojanski istiqamətində İzyum şəhəri və onun ətrafı rus bölmələrinin ən çox cəmləşdiyi yerlərdir: "Məhz oradan onlar şərqə doğru hücumu intensivləşdirməyə çalışacaqlar".

Açar sözlər:

Oxunub: 499