AQTA kütləvi zəhərlənmə məlumatı ilə bağlı açıqlama verib
11:55 19 Aprel 2022
Göyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb.
Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Mənsimov deyib.
O bildirib ki, hadisə aprelin 18-də rayonun Çərəkə kəndində qeydə alınıb.
Belə ki, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib.
"Bu barədə Göyçay Rayon Polis Şöbəsinə Rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olub. Şöbədə ilkin araşdırma aparılıb. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərlənib. Hazırda zəhərlənən şəxslər ambulator şəraitdə müalicə alırlar. İş üzrə toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib", - DİN rəsmisi vurğulayıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".
Oxunub: 453
Oxşar xəbərlər
- AQTA enerji içkiləri ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
- AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib
- AQTA 9 dönərxanada nöqsanlar aşkarlayıb
- AQTA-nın keçmiş vəzifəli əməkdaşına hökm oxunub
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA bir neçə restoranı cərimələyib
- AQTA sədri fitosanitar qaydalara əməl etməyən sahibkarlara müraciət edib
- AQTA 393 ictimai iaşə obyektində 676 monitorinq keçirib
- AQTA daha 3 kafe və restoranı cərimələyib
- AQTA 3 kafe və restoranı cərimələyib