AQTA 9 dönərxanada nöqsanlar aşkarlayıb


13:33     24 İyun 2022 22_06_24_1656054976.jpg

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 2022-ci ilin 1 may - 22 iyun tarixlərində ümumilikdə dönər istehsalı və satışı ilə məşğul olan 9 müəssisədə yoxlama həyata keçirilib.

Bu barədə Femida.az-a AQTA-dan bildirilib.

Yoxlamalar zamanı sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunmadığı müəyyən edilib. Belə ki, 9 müəssisədə sanitariya-gigiyena norma və qaydalarına əməl edilməməsi, 3 müəssisədə məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarının və temperatur rejiminin pozulması, 1 müəssisədə isə məhsulun etiketlənməsinə dair tələblərə riayət olunmaması faktı aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olunmaqla cərimə tətbiq edilib.

Açar sözlər:

Oxunub: 380