Bakı metrosunda pis qoxu səbəbindən sərnişinlər təxliyə edilib


10:21     20 Aprel 2022 22_04_20_1650435683.jpg

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-İçərişəhər" xəttində hərəkət edən qatarın sonuncu vaqonunda pis qoxu olması səbəbindən sərnişinlər təxliyə edilib.

Bunu Femida.az-a qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Qatara baxış keçirilib, hər hansısa texniki problem aşkar olunmayıb. Lakin vaqonda qoxu qaldığından, sərnişinlərin rahatlığı üçün qatar boşaldılıb və depoya yola salınıb. Xəttə yeni qatar verilib. Qoxu aradan qalxdıqdan sonra həmin qatar işini davam etdirəcək", - o deyib.

Açar sözlər:

Oxunub: 346