Bakı Limanının yarım milyon manata yaxın vergi borcu var


12:42     21 Aprel 2022 22_04_21_1650530407.jpg

Bu günə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin dövlət büdcəsinə 426 975 manat vergi borcu var.

Femida.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Borcun nə vaxtdan yarandığı açıqlanmır.

Xatırladaq ki, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" 1902-ci ildən fəaliyyət göstərən Bakı Limanının bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 16 min manatdır. Liman yük, neft və bərə terminallarından ibarətdir.

Açar sözlər:

Oxunub: 468