Ukrayna hərbçiləri Xerson vilayətində 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib
11:24 24 Aprel 2022
Ukrayna hərbçiləri Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa ediblər.
Femida.az xəbər verir ki, bu barədə “Pivden” əməliyyat komandanlığının sözçüsü Vladislav Nazarov məlumat verib.
“Xerson vilayətində saxta referendum ərəfəsində düşmən fəallaşmağa çalışıb. Aleksandrovka və Tavriçeskoye istiqamətində hücum cəhdləri uğursuz olub”, - o qeyd edib.
V.Nazarovun sözlərinə görə, Rusiya qüvvələrinin Nikolaevkanı ələ keçirmək cəhdləri də müvəffəqiyyətlə sonuclanmayıb.
“Bölmələrimiz müşahidə məntəqələrinin mövqelərindən Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa edib”.
Sözçü bildirib ki, Kiselevka ərazisində Ukrayna hərbçiləri işğalçıların Posad-Pokrovskoyeyə növbəti hücumu üçün hazırlanan cəmlənmiş canlı qüvvə və texnikasına zərbələr endiriblər:
“Düşmən xeyli itki verərək Çernobaevkaya doğru geri çəkilib. Düşmənin ümumi itkiləri 74 canlı qüvvə və 13 texnika, o cümlədən iki tank, çoxsaylı reaktiv yaylım atəşi sistemi, altı zirehli və mühəndis texnikası, dörd PUA olub”.
Oxunub: 549
Oxşar xəbərlər
- Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak olub
- Ukrayna Baş Qərargahı: "Rusiyanın itkiləri 59 mini keçib"
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Rusiyanın qismən səfərbərlik elan etməsinə münasibət bildirib
- Ukrayna hərbçiləri Rusiyanın yüksək rütbəli zabitlərini əsir götürüb
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqlayıb
- Ukrayna Xarkovda 2 500 kv km-ə yaxın ərazini azad edib
- Ukrayna ordusu Kupyansk şəhərini azad edib
- Ukraynada müharibə zamanı həlak olan mülki şəxslərin sayı açıqlanıb