DİN gəlinin qayınatası tərəfindən yandırılması iddialarına münasibət bildirib


19:58     26 Aprel 2022 22_04_26_1650988130.jpg

Daxili İşlər Nazirliyi (DİN) televiziya kanalında gəlinin qayınatası tərəfindən yandırılması iddialarına münasibət bildirib.

DİN-in Mətbuat Xidməti Femida.az-ın sorğusuna cavab olaraq bildirib ki, nazirlik əməkdaşları görüntülərdən məlumatlıdır:

“Həmin görüntüləri izlədik. Hazırda araşdırma aparılır”.

Qeyd edək ki, ARB TV-nin efirində yayımlanan “Elgizlə İzlə” verilişində qadının iddiasına görə, 5 ay əvvəl qayınatası tərəfindən yandırılıb.

Açar sözlər:

Oxunub: 408