30 apreldən bu telefonlarda “WhatsApp” işləməyəcək - SİYAHI
14:12 28 Aprel 2022
30 apreldə bu cihazlar "WhatsApp”la vidalaşır.
Femida.az xəbər verir ki, mesajlaşma proqramı olan WhatsApp aprelin 30-dan etibarən bəzi cihazlarda fəaliyyətini dayandıracağını açıqlayıb.
Çoxlu istifadəçi sayına malik olan mesajlaşma proqramı WhatsApp indi təkcə əyləncə üçün deyil, həm də biznes üçün istifadə olunur.
Bu səbəbdən bir çox WhatsApp istifadəçilərinin istifadə etdiyi cihazlar indi tətbiqin yeni versiyaları ilə uyğun gəlmir.
Bu vəziyyəti nəzərə alan WhatsApp bəzi əməliyyat sistemlərinin artıq istifadə edilməyəcəyini və bu sistemlə işləyən telefon, planşet, kompüter kimi cihazları dəstəkləyə bilməyəcəklərini bildirərək, istifadəçilərini mütəmadi olaraq cihazlarını və ya əməliyyat sistemlərini yeniləməyə dəvət edir.
Dəyişdirilməli olan cihazları təqdim edirik:
- Android Ice Cream Sandwich əməliyyat sistemi ilə işləyən mobil telefonlar;
- Android 4.1 və daha aşağı əməliyyat sistemi olan cihazlar;
- iOS 10 və ya daha aşağı əməliyyat sistemləri ilə işləyən cihazlar artıq WhatsAppdan istifadə edə bilməyəcək;
Yəni Androidin Apple Pie, Banan Bread, Cupcake 1.5, Donut 1.6, Eclair 2.0, Froyo 2.2, Gingerbread 2.3, Honeycomb 3.0 və Ice Cream Sandwich 4.0 versiyalarından istifadə edənlər WhatsAppla vidalaşacaqlar.
Qeyd edək ki, cihazınızın WhatsApp ilə uyğun gəlmədiyini öyrənmək istəyirsinizsə, bunun üçün parametrlər bölməsinə keçid edib, sistem məlumatı üzərinə klikləyin və oradan cihazınızın xüsusiyyətlərinə baxın.
Oxunub: 291
Oxşar xəbərlər
- 30 min şəxsə əks göstəriş sertifikatı verilib
- 309 nəfəri “Yüksəliş” müsabiqəsinin yarımfinalına keçdi
- 300 hüquqşünas hakim olmaq üçün imtahan verəcək
- 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib
- 30 ildən sonra Şuşada ilk konsert proqramı
- 30 meyit və 2 mülki şəxs Ermənistana təhvil verildi
- Ədliyyə Nazirliyi: 300-ə yaxın hakimliyə namizəd Türkiyədə təlim keçib
- 302 avtomobil postlardan geri qaytarılıb
- 30 cinayətin üstü “isti izlər”lə açıldı
- 300 uşaq onlayn müsahibəyə cəlb olunacaq