Azərbaycanın Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib


15:06     29 Aprel 2022 22_04_29_1651226803.jpg

Aprelin 29-dan etibarən Azərbaycanın Ukraynadakı səfirliyi Kiyev şəhərində fəaliyyətini bərpa edib.

Bu barədə Femida.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

XİN bildirib ki, səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir:

"Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24

Telefon: +380 44 484 69 40

Faks: +380 44 484 69 32

Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər gün işləyəcək:

Müraciətlərin qəbulu - 10:00-13:00

Hazır sənədlərin verilməsi - 15:00-18:00

Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi vasitəsilə əlaqə saxlamaq olar.

Vətəndaşların diqqətinə çatdırırılır ki, səfirliyin Lvov şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.

Həmçinin diqqətə çatdırılır ki, vəziyyətlə əlaqədar müvəqqəti olaraq Azərbaycanda verilmən sənədlərin səfirlikdə yenilənməsi fiziki olaraq mümkün deyil".

Açar sözlər:

Oxunub: 498